03 sentyabr 2025-ci il tarixində 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin deputatı Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
“İki sahil” xəbər verir ki, qəbulda Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva iştirak edib.
Qeyd edək ki, qəbulda müraciət edənlər şəhid ailələri, müharibə veteranları, qazilər, rayonun ağsaqqalları, rayon və kənd sakinləri olmuşlar.
Qəbul zamanı Siyavuş Novruzov şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanıb, vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Qəbulda vətəndaşların müraciətləri əsasən qəbul, şəhid adlarının əbədiləşdirilməsi, onların övladlarına verilən müavinətın artırılması, şəhidlərin yaxın qohumlarının təhsil haqqından azad edilməsi, yerli özünüidarəetmə və bələdiyyələr, sosial müdafiə məsələləri, işlə təmin olunma, maliyyə, kənd təsərrüfatı, torpaq və sair məişət məsələləri haqqında olmuşdur.
Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.