Bu ilin yanvar-avqust aylarında Azərbaycanda vergi daxilolmalarının 8 milyard 434,6 milyon manatı və yaxud 73 %-i qeyri-neft-qaz sektorunun payına düşüb.
“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 % çox, proqnozdan isə 3 % çoxdur.
Xatırladaq ki, yanvar-avqust aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 11 milyard 561,1 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 3 %, proqnozdan isə 5,4 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 8 ay ərzində həmin məbləğin 74,8 %-i təmin olunub.