Türkiyə Azərbaycandan təbii qaz təchizatını artırılması istiqamətində işlərin sürətlə irəliləməsini arzulayır.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Onun sözlərinə görə, bu günə qədər neft-qaz sahəsində həyata keçirilən birgə layihələr ortaq baxışımızın hədəfli və nəticə yönümlü olduğunu göstərir: "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları ilə təməli atılmış əməkdaşlığımız, bu il imzalanmış "Şəfəq-Asiman" yatağı ilə bağlı müqavilə ilə yeni mərhələyə keçib.
"Qarabağ", "D130" və "Dostluq" sahələrində də əməkdaşlığımızı gücləndirmək əsas hədəflərimiz arasındadır. Ötən il mayın 14-də Türkiyə və Azərbaycan arasında təbii qaz sahəsində imzalanmış əməkdaşlıq memorandumu bu çərçivədə çox böyük əhəmiyyət kəsb edir. Bu sənəd ölkələrimizn enerji təhlükəsizliyini gücləndirəcək və regional əməkdaşlığımızı daha da artıracaq".