Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə götürülməklə davam etdirilir.
“İki sahil” xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, fakta görə Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin “əzab vermə” maddəsi ilə cinayət işi başlanılıb.
Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Sürücülərin NƏZƏRİNƏ! Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib
Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub