Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın törədən şəxsi polis saxlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla yanğını 55 yaşlı Natiq Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb.
N.Əliyev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.