30 avqust 2025 14:41
140

Volqoqradda bazar yanır

Rusiyanın Volqoqrad şəhərində bazarda böyük yanğın baş verib.

“İki sahil” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğının sahəsi artıq 3 min kv.m-ə çatıb. Ticarət pavilyonları yanır.

"Sıx tikililər yanğının söndürülməsini çətinləşdirir. Fasiləsiz su təchizatı təşkil edilib", - məlumatda bildirilib.

Yanğının söndürülməsinə 100-dən çox insan və 41 texnika cəlb olunub.