Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 29 dəfə daş atılıb.
“İki sahil” bu barədə ADY-yə istinadla xəbər verir.
Məlumata əsasən, relslər üzərinə 24 dəfə kənar əşyaların qoyulması halı qeydə alınıb: "Qatarlara daş atılması və dəmir yoluna kənar əşya qoyulması nəticəsində sərnişinlərin və qatar heyətinin həyatına təhlükə yaranır, qatara ciddi zərər dəyir və maşinist qatarı təcili saxlamalı olur ki, nəticədə hərəkət cədvəlində gecikmələr yaranır”.
Bu qanunsuz və məsuliyyətsiz əməli törədənlər müvafiq qaydada tapılır və qanunvericiliyə uyğun cərimələnirlər.
ADY bir daha qatarları və dəmir yollarını qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır.
“Qarabağ KOB-ları” layihəsinin iştirakçılarının sayı 2025-ci ildə 100 olmaqla, ümumilikdə 200-ü ötüb
Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil edilib
Sumqayıtda daha 188 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilir
İİTKM nümayəndəsi Şanxayda “Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu”nda çıxış edib