Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni “həm Qafqazda, həm də dünyada təhlükəsizliyə doğru böyük addım” adlandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində paylaşım edib. “Donald Tramp bir daha göstərdi ki, o, sülh gündəminin prezidentidir. İndi biz ümid edirik ki, Hindistan-Pakistan, İran-İsrail və Ermənistan-Azərbaycan [münaqişələrinin] həllindən sonra Ukrayna ilə Rusiya arasındakı münaqişəyə də son qoyulacaq”, - deyə Macarıstanın xarici işlər naziri yazıb.
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB
Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB