“Sabah” komandası yeni basketbolçu transfer edib.
Klubdan “İki sahil”ə bildirilib ki, amerikalı Castin Tillman ilə 2 illik müqavilə imzalanıb.
28 yaşlı və 203 santimetr boya malik təcrübəli basketbolçu karyerası ərzində Yunanıstan, Fransa, İtaliya və İsrail liqalarında çıxış edib.
Azərbaycan millisi Dünya Seriyasının final mərhələsini birinci pillədə başa vurub