Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasına münasibət bildirərək bəyanat yayıb.
Fonddan “İki sahil”ə daxil olan bəyanatda deyilir:
“Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqtonda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Birgə Bəyannamənin imzalanmasını alqışlayır. Bu tarixi sənəd regionun sabit və çiçəklənən gələcəyi naminə davamlı sülhə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa doğru mühüm bir addımdır.
Fond adından, təşkilatın qurucu dövlətlərindən olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi təbriklərimizi çatdırırıq. Bu mühüm diplomatik nailiyyət onun uzaqgörən strateji baxışı, sülh münasibətlərinə olan sarsılmaz bağlılığı və müdrik dövlət idarəçiliyi sayəsində mümkün olmuşdur.
Türk Mədəniyyəti və İrsi Fondu inanır ki, bu addım region xalqları arasında qarşılıqlı anlaşmanın, əməkdaşlığın və harmoniyanın gücləndirilməsi üçün möhkəm bir təməl olacaqdır”.
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır
“Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları Qəbələdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşüblər
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Bakıda İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib