Bolqarıstan Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanmasını alqışlayır və iki ölkənin münasibətləri normallaşdırmaq səylərini dəstəkləməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bolqarıstan tarixi razılaşmanı hər iki tərəfin onilliklər boyu davam edən münaqişələrə son qoymaq üçün xoşməramlılıq və öhdəliyinin əlaməti kimi alqışlayır. Bu, regionda sülh və rifahın yeni dövrünün başlanması istiqamətində mühüm addımı nümayiş etdirir. Bakı və İrəvanı münasibətlərin tam normallaşmasına nail olmaq üçün səmimi səylərində dəstəkləyəcəyik”, - XİN-dən bildirilib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır