Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında növbəti uğuruna imza atıb.
Azərbaycan Karate Federasiyasından “İki sahil”ə verilən məlumata görə, idmançı finala vəsiqə qazanıb.
Qeyd edək ki, həlledici görüşdə İ.Zaretskanın rəqibi İsveçrə təmsilçisi Elena Quirici olacaq.
Azərbaycan millisi Dünya Seriyasının final mərhələsini birinci pillədə başa vurub