İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspora Nazirliyi ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır.
“İki sahil” xəbər verir ki, bunu nazirliyin rəsmi sözçüsü, səfir Sufyan əl-Qudat bildirib.
Qeyd olunub ki, bu tarixi razılaşma Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək, münaqişələrin sülh yolu ilə həllini təşviq edəcək.
XİN-nin sözçüsü bu razılaşmanın əldə edilməsində ABŞ Administrasiyasını cəhdlərini yüksək qiymətləndirib.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır