05 avqust 2025 17:54
113

"Qəbələ"nin yeni transferi

"Qəbələ" yeni transferini açıqlayıb.

“İki sahil” xəbər verir ki, klubdan verilən məlumata görə, bölgə təmsilçisi İbrahim Sanqare ilə müqavilə bağlayıb.

31 yaşlı fransalı futbolçu mərkəz hücumçusu mövqeyində çıxış edir. O, son olaraq İsrailin "Hapoel" (Hadera) klubunda forma geyinib.