05 avqust 2025 12:43
116

"Omoniya" klubu Bakıya azarkeşsiz gələcək

Kiprin "Omoniya" komandası Bakıda "Araz-Naxçıvan"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununa azarkeşsiz gələcək.

“İki sahil” xəbər verir ki, bu barədə Nikosiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komandanın Azərbaycana səfəri üçün bütün icazələr yalnız bu gün verildiyi üçün fanatları Bakıya aparmaq mümkün olmayacaq.

Ölkəmizə təkbaşına gəlmək istəyində olanların klubla əlaqə saxlamaları istənilib.

Qeyd edək ki, “Araz-Naxçıvan” - “Omoniya” matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.