03 avqust 2025 00:58
145

Trampın xüsusi nümayəndəsi Rusiyaya səfər edəcək

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə sonu Rusiyaya səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker NBC-yə müsahibəsində danışıb.

O qeyd edib ki, Uitkoffun bu səfəri ilə Rusiya-Ukrayna münaqişəsində irəliləyiş əldə edilə bilər.