02 avqust 2025 21:21
109

"Kəpəz"in məşqçiləri rəhbərliyi boykot ediblər

"Kəpəz" klubunun veteranlarının və yerli azarkeşlərin təzyiqlərinin ardından Gəncə təmsilçisinin akademiyasının məşqçiləri hərəkətə keçiblər.

“İki sahil” Fanat.az-a istinadən xəbər verir ki, klubun aşağı yaş qrupları üzrə komandalarının məşqçiləri rəhbərliyi boykot ediblər.

Səbəb son görüş zamanı rəhbərliyin məşqçilərə 12 yox, 11 ay maaş veriləcəyini açıqlaması və bunu qəbul etməyən mütəxəssislərə qapını göstərməyə hazır olduqlarını söyləməsidir.

Xatırladaq ki, "Kəpəz" ötən mövsümün sonunda gözlənilmədən baş məşqçi Azər Bağırovla yollarını ayırıb. Onun yerini Adil Şükürov tutub.