02 avqust 2025 09:20
124

Tokayev Türkmənista gedəcək

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Türkmənistanın Avaza şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransında iştirak edəcək.

İki sahil” xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezidentinin iqamətgahı – red.) məlumat yayıb.

“Avqustun 5-də dövlət başçısı Qasım-Jomart Tokayev Türkmənistanın Avaza şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransında iştirak edəcək”, - məlumatda qeyd edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”