31 iyul 2025 19:14
170

Azərbaycan ABŞ ilə Orta Dəhliz üzərindən daşımaların perspektivlərini müzakirə edib

Azərbaycan ilə ABŞ arasında Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirdik. Görüşdə nəqliyyat, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivlərini müzakirə etdik. Eyni zamanda telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması və ABŞ şirkətləri ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.