31 iyul 2025 09:10
135

UEFA Avropa Liqasında oyun günü

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin oyunlarına start veriləcək.

“İki sahil” xəbər verir ki, son oyun günündə səkkiz qarşılaşma baş tutacaq.

Belə ki, "AEK Larnaka" "Selye"ni, "Heken" "Anderlext"i, "CFR Kluj" "Luqano"nu, "Şaxtyor Donetsk" "Beşiktaş"ı, "Utrext" "Şeriff"i, "Braqa" "Levski Sofia"nı, "Hibernian" "Midtyulland"ı, "Legiya" isə "Ostrava"nı qəbul edəcək.

Qeyd edək ki, III təsnifat mərhələsi görüşlərinə avqust ayının 7-də start veriləcək. Cavab oyunları isə avqustun 14-də keçiriləcək.

31 iyul

UEFA Avropa Liqası

II təsnifat mərhələsi

Saat 20:30, "AEK Larnaka" - "Selye";

Saat 21:00, "Heken" - "Anderlext";

Saat 21:30, "CFR Kluj" - "Luqano";

Saat 22:00, "Şaxtyor Donetsk" - "Beşiktaş";

Saat 22:00, "Utrext" - "Şeriff";

Saat 23:00, "Braqa" - "Levski Sofia";

Saat 23:00, "Hibernian" - "Midtyulland";

Saat 23:00, "Legiya" - "Ostrava".