“Bavariya”nın və "Atletik"in sabiq futbolçusu Xavi Martinesin yeni klubu bəlli olub.
“İki sahil” xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Qətərin 2-ci liqa təmsilçisi “Əl-Biddə”yə transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2021-ci ildən "Qətər" klubunda oynayan futbolçu yeni komandasına azad agent statusunda keçib.
Qeyd edək ki, Xavi Martines 2006-2012-ci illərdə "Atletik"də, 2012-2021-ci illərdə isə "Bavariya"da çıxış edib.
İspaniyanın əsas millisində də oynamış futbolçu bu komanda ilə dünya (2010) və Avropa çempionu (2012) adını qazanıb.
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər