Azərbaycan beynəlxalq ictimaiyyəti ərazilərin minalardan tam təmizlənməsi üçün siyasi, maliyyə və texniki dəstək verməyə çağırıb.
“İki sahil” Malayziya KİV-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov “Minasız dünyaya doğru” adlı beynəlxalq seminarda bildirib.
O, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində bu məqsədə nail olmaq üçün qlobal əməkdaşlığın vacibliyini vurğulayıb. Diplomat Malayziyanın roluna xüsusi diqqət yetirərək onun dəstəyinə ümid etdiyini söyləyib.
“Malayziya hökumətinin müsbət qərar qəbul edəcəyini gözləyirik. İstənilən yardım yüksək qiymətləndiriləcək”, - Davudov bildirib.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır