Filip Ozobiçin "Turan Tovuz"la müqaviləsinin detalları müəyyənləşib.
“İki sahil” xəbər verir ki, milli komandamızın yarımmüdafiəçisi Tovuz klubunun ən yüksək ödənişli oyunçularından olacaq.
Belə ki, 34 yaşlı pleymeykerin Premyer Liqa təmsilçisində illik məvacibi 200 min manat təşkil edəcək.
Ötən mövsümün sonunda "Neftçi"dən ayrılaraq azad agent statusu alan Ozobiçə ilk təklif məhz "Turan Tovuz"dan gəlmişdi. Lakin futbolçu digər variantları da nəzərdən keçirməyi düşünürdü.
Onun adı "Sumqayıt"la birgə hallansa da, "kimyaçılar" bu məbləği ödəmək iqtidarında olmayıblar. Bu səbəbdən Ozobiç ən yüksək məbləğ təklif edən "Turan Tovuz"la münasibətləri rəsmiləşdirib.
Qeyd edək ki, tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər