"Aston Villa" yay transfer pəncərəsində heyətini təcrübəli hücumçu ilə gücləndirməyə hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
İngiltərə klubu hazırda azad agent statusunda olan sabiq "Everton" futbolçusu Dominik Kalvert-Lyuinlə maraqlanır.
Bildirilib ki, Birmingem təmsilçisi 27 yaşlı oyunçunun ətrafı ilə ilkin danışıqlara başlayıb və mümkün müqavilənin şərtləri müzakirə olunur.
Qeyd edək ki, Kalvert-Lyuin ötən mövsüm "Everton"un heyətidə 26 matçda iştirak edib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər