Azərbaycan təmsilçisi Əlhəm Nağıyev Yunanıstanın Volos şəhərində təşkil olunan atletika üzrə Balkan çempionatında qızıl medal qazanıb.
“İki sahil” xəbər verir ki, o, 200 metr məsafəyə qaçışı 20.70 saniyə göstərici ilə başa vurub.
Bu nəticə ilə Nağıyev ümumilikdə 19 idmançının mübarizə apardığı növdə bütün rəqiblərini qabaqlayaraq Balkan çempionatının qızıl medalına sahib çıxıb.
Qeyd edək ki, bu yarışda atletlərimizdən son dəfə Anna Skidan 2021-ci ildə qalib olmuşdu. Rüstəm Məmmədov isə bu ilin fevralında qapalı məkanda Balkan çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər