Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasına yekun vurulub.
“İki sahil” xəbər verir ki, Azərbaycan komandası tələbə oyunlarını dörd medalla başa vurub.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib. Digər medalı isə Universiadada ikinci yeri tutan cüdoçu Elcan Hacıyev qazanıb.
Beləliklə, Azərbaycan iki qızıl və iki gümüş medalla Universiadanı ölkələrin ümumi sıralamasında 24-cü pillədə tamamlayıb.
Qeyd edək ki, ilk üç pilləni, müvafiq olaraq, Yaponiya (34 medal), Çin (30) və ABŞ (28) tutub.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər