"Əl-Nəsr" "Çelsi"nin futbolçusu Joao Felikslə anlaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Portuqaliyalı hücumçu tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. Transferin ilkin dəyəri 30 milyon avro təşkil edəcək. Razılaşmada əlavə bonuslar və gələcək satışdan yüksək faizli maddə də yer alacaq. Bu şərtlərlə "Əl-Nəsr" "Çelsi"nin 50 milyon avroluq qiymətləndirməsini qarşılamağı hədəfləyir.
Qeyd edək ki, daha öncə mətbuatda Joao Feliksin "Benfika"ya keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı, lakin Səudiyyə Ərəbistanı klubu bu keçidə mane oldu.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər