PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını Türkiyədə davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.
“Qalatasaray” 2026-cı ilin yayında Paris təmsilçisi ilə müqaviləsi başa çatacaq futbolçuya rəsmi təklif göndərib. İstanbul klubu Donnarummanın PSJ ilə yeni sözləşmə imzalamamasından istifadə etməyə çalışır.
Bildirilir ki, İtaliya millisinin qapıçısının mümkün transferi və “Napoli”nin hücumçusu Viktor Osimhenin alınması “Qalatasaray”ın Avropada böyük məqsədlərə sahib olduğunu göstərmək üçün edilir.
Qeyd edək ki, Donnarumma “Milan”ın yetirməsidir. O, 2021-ci ilin yayında müqaviləsinin başa çatması ilə PSJ-yə azad agent kimi keçmişdi.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar