Almaniya Cənubi Qafqazda iqtisadi transformasiya prosesinə mühüm töhfə verə bilər.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib.
"Almaniya regionda yüksək nüfuza malikdir. Prezident Frank-Valter Ştaynmayer bu yaxınlarda Bakıda olub - Azərbaycanda ona böyük hörmət var. Qeyd etmək lazımdır ki, Almaniya təkcə sülh siyasəti sahəsində deyil, həm də xüsusilə Cənubi Qafqazın iqtisadi transformasiyası sahəsində daha çox iş görə bilər. Almaniya Avropa İttifaqında iqtisadi baxımdan supergüc və dünyanın aparıcı iqtisadiyyatıdır. Almaniya şirkətlərinin daha fəal olacağını gözləyirik", - o bildirib.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır