Azərbaycanın Somali ilə əməkdaşlığının Türkiyə ilə birlikdə üçtərəfli formatda inkişaf etdirilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Somali xarici işlər naziri Abdisalam Abdi Ali ilə birgə mətbuat konfransında deyib.
“Türkiyə ilə Somali arasında bir sıra istiqamətlərdə çox sıx əlaqələr mövcuddur. İki ölkə strateji tərəfdaşlıq münasibətinə malikdir. Azərbaycanın da hər iki ölkə ilə sıx əlaqələri nəzərə alınaraq, üçtərəfli formatda münasibətlərin inkişafı nəzərdən keçirilib”, - o əlavə edib.
C.Bayramov onu da vurğulayıb ki, Azərbaycan və Somali XİN-ləri arasında 2025-ci ildə keçirilmiş siyasi məsləhətləşmələrin davam etdirilməsi önəmlidir.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır