Azərbaycan təmsilçisi "Sabah" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyuna çıxacaq.
“İki sahil” xəbər verir ki, Valdas Dambrauskasın komandası səfərdə Moldova "Petrokub"u ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.
Cütün qalibi Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.
Konfrans Liqası,
2-ci təsnifat mərhələsi,
ilk oyunlar
24 iyul
21:00. "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan)
Hakimlər: Qal Leiboviç, Omer Barbiro, Yossi Babayoff, Dekel Zino (İsrail)
"Zimbru" stadionu
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar