UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən "Zirə"-"Hayduk" (Xorvatiya) oyununda ilk hissə başa çatıb.
“İki sahil” xəbər verir ki, təmsilçimiz "Neftçi Arena"da təşkil olunan görüşün 31-ci dəqiqəsində Brahim Konatenin vurduğu qolla fasiləyə üstün yollanıb.
"Zirə"nin heyətində 39-cu dəqiqədə məcburi əvəzetmə olub. Belə ki, zədə alan Brahim Konate yerini Ceyhun Nuriyevə buraxıb.
Matçı yunanıstanlı hakim Xristos Vergetis idarə edir.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar