İyulun 22-də "Fiorentina"nın sabiq müdafiəçisi Selesta Pinin cəsədi evində tapılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" yazır.
64 yaşlı əfsanəvi futbolçu ilə əlaqənin olmamasından narahat olan qohumu onun evinə baxış keçirib və cansız bədənini görüb.
Qadın dərhal polisə zəng edib.
Nəzərdən keçirilən versiyalardan biri intihar olsa da, hüquq-mühafizə orqanları digər halları da istisna etmir.
Pin "Fiorentina"nın tərkibində doqquz mövsüm keçirib, 200 oyun oynayıb. 1984-cü ildə İtaliyanın U21 komandasının tərkibində gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.
2022-ci ildə onun adı Florensiya təmsilçisinin şöhrət zalına daxil edilib.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar