"Mançester Yunayted" "Brentford"un futbolçusu Brayan Mbeumonu transfer edib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
25 yaşlı hücumçu ilə 5+1 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı “Mançester Yunayted”in Brayan üçün "Brentfor"da 65 milyon funt-sterlinq ödəyəcəyini yazıb.
Qeyd edək ki, Mbemo 2019-cu ildən "Brentford"da oynayırdı. Kamerun millisinin üzvü 2024/2025 mövsümündə Premyer Liqada 38 oyun keçirib, 20 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar