Azərbaycan və Şimali Makedoniya arasında energetika, investisiyalar, ticarət, turizm və aqrar sahə üzrə birgə fəaliyyətin təşviqi perspektivləri var.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Avropa işləri naziri Orhan Murtezani görüş keçirilib.
“Görüşdə əməkdaşlıq sahələrinin şaxələndirilməsinin ölkələrimiz üçün ortaq faydalarını dəyərləndirdik”, - deyə nazir qeyd edib.