21 iyul 2025 16:29
123

Banqladeşdə təlim təyyarəsi qəzaya uğrayıb, 19 nəfər həlak olub

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə qəzaya uğraması nəticəsində azı 19 nəfər həlak olub.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə iyulun 21-də yanğınsöndürmə xidmətinin baş direktoru general Məhəmməd Zahed Kamal açıqlama verib.

Onun sözlərinə görə, 150-dən çox insan ağır xəsarətlərlə Dəkkə xəstəxanalarına çatdırılıb.