UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Bakıda "Şelburun"a (İrlandiya) qarşı keçirəcəyi matçın hakimləri açıqlanıb.
“İki sahil” xəbər verir ki, Bakıda baş tutacaq oyun İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
Görüşün baş hakmi Andrea Kolombo olacaq. Ona Stefano Alassio və Dario Cekkoni yardım edəcəklər. Dördüncü hakim funksiyasını Kevin Bonakina yerinə yetirəcək.
VAR hakimi Daniele Doveri, AVAR hakimi isə Daniele Paterna olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar