Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın "Motor Lublin" klubunda debüt edib.
“İki sahil” xəbər verir ki, Polşa yüksəl liqası Ekstraklasada yeni mövsümün ilk turu çərçivəsində Dadaşovun komandası öz meydanında "Arka"nı qəbul edib və 1:0 hesabı ilə qələbə qazanıb.
Oyunda yeganə qolu 50-ci dəqiqədə Jak Ndiaye vurub. Renat Dadaşov meydana 46-cı dəqiqədə - hesab 0:0 olanda çıxıb. O, 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, Dadaşov ötən mövsümün ikinci yarısında Polşanın digər klubu "Radomyak"da çıxış edib. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar