Güləş üzrə 2012-ci ilin Olimpiya çempionu yaponiyalı Hitomi Obara 44 yaşında dünyasını dəyişib.
“İki sahil” xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi (UWW) məlumat yayıb. Yaponiyalı idmançının vəfatının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, H. Obara 48 kiloqram çəki dərəcəsində London Olimpiadasının qalibi olub. O, müxtəlif illərdə 8 dəfə dünya çempionatının qızıl medalını qazanıb.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar