Azərbaycan mediası bu gün peşəkarlar sırasındadır. Dünən Prezident İlham Əliyevin Azərbaycan mediası haqqında qeydləri, hesab edirəm ki, onlara göstərilən böyük etimadın göstəricisi və zəhmətinə verilən ən yüksək və ali qiymətdir. Dövlətimizin başçısının mediamızın qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində, dövlətçiliyimizin dəstəklənməsi, milli maraqlarımız uğrunda mediamıza bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev Azərbaycan mediasının qarşıdan gələn 150 illik yubileyi münasibətilə təbrik edib: “Azərbaycan mediasına qarşıdan gələn fəaliyyətlərində yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram”.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır