Prezidentin iki saat yarımdan artıq dünyanın 50-dən çox ölkəsindən təmsil olunan jurnalistlərin suallarını açıq-aydın cavablandırması Azərbaycana qarşı aparılan dezinformasiya cəbhəsinin yarılması, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacib komponentlərindən biridir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində deyib.
O, bu məsələdə Azərbaycan mediasının rolundan da söz açıb: "Azərbaycan mediası ölkənin milli maraqlarından çıxış edərək kampaniyaların qarşısında sipər rolunu oynayır, Azərbaycanın obyektiv həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır. Bu gün kontent yaradıcılığı və istehsalı baxımından mediamızın göstəriciləri əsaslı dərəcədə artıb. Bu təkcə Azərbaycan dilinə yox, digər dillərə də şamil edilir. Son dövrlər mediamızda "fact check" yanaşmaları da artıb. Həmçinin dövlət orqanlarında dezinformasiya faktlarını müəyyənləşdirərək onları ifşa edən yanaşmalar da əsaslı dərəcədə artıb. Ancaq bu, sonu olmayan bir mübarizədir və daim əsaslı şəkildə məsələlərdən agah olmalıyıq".
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır