Azərbaycan güclü ölkədir, güclü iqtisadiyyatı var, xarici borcu ÜDM-in 6,9 %-ini təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
"Əlbəttə ki, kim bizi tənqid edir, onların məhz xarici borcu ÜDM-in 100 %-i qədərdir və ondan da artıqdır. Biz yoxsulluğu 5 %-ə salmışıq və Fransaya gəldikdə, bu, xeyli çoxdur”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, təbii, bu, bizim reallığımızdır.
“Bu, bizim torpağımızdır. Bu, bizim həyatımızdır və istərdik ki, Azərbaycan xalqına hörmətlə yanaşsınlar. Səmimi desək, biz artıq öz səylərimizi göstərdik ki, Qərb mətbuatında Azərbaycanla bağlı rəy dəyişsin, lakin görürük ki, bu, vaxt itkisidir”.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb