Kiçik bir dəqiqləşdirmə etmək istərdim, mən ABŞ Prezidenti Donald Trampın qələbəsini proqnozlaşdırmırdım, dedim ki, bu, Azərbaycan xalqı üçün daha məqbul olardı. Çünki Azərbaycan xalqı kimi o da fundamental prinsiplərə, ailə prinsiplərinə, dəyərlərinə sadiqdir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bildirib.
Dövlət başçısı qeyd edib ki, Tramp müharibə başlatmayan yeganə ABŞ Prezidentidir: "Onun hakimiyyətdə olduğu qısa müddətdə görünür ki, bu insan müharibələri bitirir".
İlham Əliyev vurğulayıb ki, Azərbaycan ABŞ-yə Cənubi Qafqazdakı proseslərə diqqət yetirdiyi üçün minnətdardır: "Biz ona şəxsən Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək istəyinə görə çox minnətdarıq, baxmayaraq ki, o, beynəlxalq təhlükəsizliyin daha qlobal məsələləri ilə məşğuldur. Cənubi Qafqazdakı vəziyyəti də diqqət mərkəzində saxlayır. Biz Azərbaycanda, əlbəttə ki, onun bir çox səbəblərdən qalib gəlməsinə şadıq və təbii ki, ona işini sona çatdırmağını arzulayırıq".
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib