19 iyul 2025 21:21
122

Xanyurdu sakini: Kəndə köçəndən sonra ilk qonağımız Prezident oldu

“Öncə Prezidentimizə minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində doğma torpaqlarımıza qayıtdıq. Mənim uşaqlığım burada keçib. Buranı tərk edəndə 13 yaşım var idi. Artıq doğulduğum, uşaqlığımın keçdiyi torpağımıza qayıtmışam”.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xanyurdu kənd sakini Rasim Cavadov söyləyib.

“Bura gələndən o qədər sevinc hissi keçiririk, gah kövrəlirik, ağlayırıq, gah sevinirik, gülürük. Xanyurdu kəndinə köçəndən sonra ilk qonağımız Prezident oldu. Bizimlə çox səmimi görüşdü, söhbət elədi, xatirə şəkli çəkdirdi. Prezidentin gəlişi sevincimizə sevinc qatdı”, - deyə Xanyurdu sakini bildirib.