17 iyul 2025 10:39
133

“Sabah” bu gün Sloveniyada cavab matçına çıxacaq

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” bu gün I təsnifat mərhələsində cavab oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, baş məşqçisi Valdas Dambrauskas olan komanda Sloveniyanın “Selye” kollektivinin qonağı olacaq.

“Selye” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Draqomir Draqanova Xristo Hadziyski və Krasimir Atanasov kömək edəcək.

Komandalar arasında Bakıda keçirilən ilk matçda rəqib 3:2 hesablı qələbə qazanıb.