Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu gün sonuncu - 4-cü yoxlama matçını keçirib.
“İki sahil” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gəlib.
Kaprun stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Köhlən atlar"ın qolunu Nəriman Axundzadə vurub.
Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını iyulun 16-da başa vuracaq.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar