ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, təkcə rusiyalı həmkarı Vladimir Putindən məyus olmayıb, həm də ona etibar etmir.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri BBC-yə açıqlamasında bildirib.
Trampdan Rusiya liderinə etibar edib-etmədiyi soruşulduqda, o belə cavab verib: "Mən, demək olar ki, heç kimə etibar etmirəm".
O, həmçinin əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün şans azı dörd dəfə əldən verilib.
D.Trampın sözlərinə görə, ABŞ Ukraynada qan tökülməsini mümkün qədər tez dayandırmaq üçün işləyir.