15 iyul 2025 09:50
126

BTC ilə indiyə qədər 612 milyon tondan çox neft nəql olunub

Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri istismara veriləndən bu il iyulun 1-nə qədər bu kəmər vasitəsilə 612,2 milyon ton neft nəql olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Məlumata görə, bu həcmin 88 %-i Azərbaycan nefti olub.