14 iyul 2025 23:11
104

Sviridenko Ukraynanın formalaşacaq yeni hökumətinin əsas vəzifələrini açıqlayıb

Ukraynanın Baş naziri vəzifəsinə etimad göstərilən Yuliya Sviridenko Ukrayna Prezidenti Volodimir Zelenskiyə göstərdiyi etimada görə təşəkkür edib və ölkə tarixinin ən mühüm anlarından birində xidmət etməyə hazır olduğunu qeyd edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Sviridenko feysbuk sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Zelenski yenilənmiş Nazirlər Kabineti üçün üç əsas vəzifəni qeyd edib - iqtisadi potensialın gücləndirilməsi, vətəndaşlara dəstək proqramlarının genişləndirilməsi, öz silahlarımızın istehsalını genişləndirmək.

Onun sözlərinə görə, xüsusi diqqət Müdafiə və Təhlükəsizlik Qüvvələrinin təminatına, eləcə də dövlətin dayanıqlılığının gücləndirilməsinə yönəldiləcək.

“Dövlət aparatının ölkəmizin resurslarını və potensialını israf etməyə haqqı yoxdur”, - deyə o, Ukraynanın Avropanın ən güclü iqtisadiyyatları sırasında yer almağa layiq olduğunu vurğulayıb.

Sviridenko əlavə edib ki, ukraynalılar daha aydın sosial dəstək alətləri almalıdırlar və hər bir hərbçi, veteran dövlət tərəfindən konkret və nəzərəçarpacaq hörmət görməlidir.

O, həmçinin qeyd edib ki, Baş nazirin təyinatı ilə bağlı qərarı Ali Rada verir və hökumət parlamentlə qarşılıqlı əlaqə saxlamağa və müvafiq addımları təqdim etməyə hazırlaşır.