14 iyul 2025 19:31
94

Mask "Tesla"nın hesabına xAI Startapına investisiya yatırmaq istəyir

İlon Mask AI startapı üçün hər cür maliyyə mənbələri axtarır. İndi o, "Tesla" səhmdarlarının xAI-yə sərmayə qoymasını istəyir.

“İki sahil” xəbər verir ki,  bu barədəd "The Wall Street Journal"  məlumat yayıb.

Mask bildirib ki, "Tesla" səhmdarları tezliklə xAI-ya investisiya qoymaq üçün səs verəcəklər. "Məndən asılı olsaydı, "Tesla" çoxdan xAI-ya sərmayə qoyardı. Biz bu məsələ ilə bağlı səhmdarların səsverməsi keçirəcəyik", - o, X sosial şəbəkəsində yazıb.

WSJ keçən həftəsonu yazıb ki, SpaceX artıq xAI-a 2 milyard dollar sərmayə qoyub. Qəzet yazır ki, beləliklə, Mask xAI-nin digər şirkətləri hesabına maliyyələşdirilməsi ideyasını təbliğ etməyə davam edir. Ümumilikdə, startap artıq 10 milyard dollar toplayıb.